Bax TV`də reklam yayımları ilə bağlı tender
Salam hörmətli tender iştirakçıları,
Məlumat üçün bildirmək istəyirik ki, "Rabitəbank" ASC olaraq Bax TV`də reklam yayımları ilə bağlı tender elan edirik. Tenderin tələbləri, şərtləri və ətraflı məlumat mailin aşağısından əldə edə bilərsiniz, əlavə suallarınız yaranarsa əlaqədar şəxsin elektron ünvanı (Dadash E. Hasanli <[email protected]> 050 278 04 68 ) və ya telefonla müraciət edə bilərsiniz. Təkliflərinizi imza və möhürlü şəkildə qapalı zərfə yerləşdirdikdən sonra zərfin üzərini möhürləmənizi, aidiyyatı tenderin adını qeyd etmənizi və 28.09.2021-ci il tarixi saat 12:00 kimi "Rabitəbank" ASC-nin İnfrastruktur və Satınalmalar Departamentinin Direktoru Rövşən Adıgözəlova adına Baş ofis, Bakı şəh., 28 May küç.33, AZ1010 ünvanına göndərmənizi xahiş edirəm.
- Videolarımız animasiya videolar olacaq
- Videolarımız 30 saniyə və 1 dəqiqəlik olacaqdır.
- Hər video reklama minimum 300.000 baxış gələcəyinin təminatı olmalıdır.