Gültekin Orhan Rifat oğlu 06 May 1970-ci ildə Türkiyənin Bursa şəhərində anadan olmuşdur.
1987-1991-ci illərdə Türkiyənin Hacettepe Universitetində “Menecment” ixtisası üzrə bakalavr təhsili almışdır.
Bank karyerasına 1993-cü il tarixindən Türkiyənin “Garanti” Bankında auditor olaraq başlamışdır. 1997-2001 tarixlərində “Koçbank”da baş auditor və filial müdiri vəzifələrində çalışmışdır. Sonra isə 2001-2012-ci illərdə “Yapı Kredi Bank - Türkiyə”də satış üzrə regional direktor və icraçı vitse-prezident vəzifələrində çalışmışdır.
2012-2015-ci illərdə “Yapı Kredi Bank – Azərbaycan”da Baş Direktor (satış üzrə), 2016-2017-ci illərdə Caspian Development Bankda “Satış və marketinq” departamentinin Direktoru, 2017-2018-ci illərdə “Atabank” ASC-də “Marketinq və Kommunikasiyalar” departamentinin Direktoru kimi fəaliyyət göstərmişdir.
2019-ci ildən 2022-ci ilədək “Rabitəbank” ASC-də İdarə Heyəti Sədrinin müavini (Satış üzrə) vəzifəsində çalışıb.
2022-ci ildən etibarən “Rabitəbank” ASC-də İdarə Heyəti Sədrinin 1-ci müavini vəzifəsində çalışır.
Email: Orhan.Gultekin@rabitabank.com
Tel: (012) 598-44-88 / 6102