Geri

Natiq Novruzov

Baş direktor, İdarə Heyətinin üzvü (Baş Risk inzibatçısı)

Natiq Novruzov 14 oktyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur.

2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr, 2008-ci ildə isə eyni ixtisas üzrə magistr dərəcəsini almışdır.

2017-ci ildə Böyük Lüksemburq Hersoqluğu hökuməti tərəfindən həyata keçirilən "Risklərin İdarə Edilməsi" üzrə sertifikatlaşdırma proqramını, 2021-ci ildə isə Boğaziçi Universitetinin təşkil etdiyi mini MBA proqramını uğurla başa vurub.

2003-2005-ci illərdə “Aqrarkredit” QSC-də mühasib və aparıcı kredit mütəxəssisi, 2005-2007-ci illərdə “İcraçı Kredit Agentliyi” MMC-də monitorinq şöbəsinin rəisi, 2007-2010-cu illərdə isə “CredAgro” BOKT-da filial müdiri kimi müxtəlif vəzifələrdə çalışmışdır.

2010-cu ildə “Rabitəbank” ASC-nin “Kreditlərin Təhlili” Şöbəsində müdir kimi başlamışdır. 2011-2013-cü illərdə “Rabitəbank” ASC-nin Risklərin İdarə Edilməsi Departamentində Direktor müavini, 2013-2020-ci illərdə isə “Kreditlərin Təhlili” Departamentinin Direktoru vəzifəsində çalışmışdır.

2020-2023-cü illərdə “Rabitəbank” ASC-nin Risk üzrə Baş Direktorun Müavini vəzifəsində çalışıb.

2023-cü ildən etibarən “Rabitəbank” ASC-nin Baş Risk İnzibatçısı olaraq çalışır.

Email: natiq.novruzov@rabitabank.com 

Tel: (012) 598-44-88 / 6316