Abasov Rəşad Səməndər oğlu 19 Oktyabr 1979-cu ildə Quba şəhərində anadan olub.
2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Mühəndis iqtisadiyyatı və idarə etməsi” fakultəsi üzrə bakalavr, 2002-ci ildə isə həmin fakultə üzrə Magistr dərəcələrini "fərqlənmə" ilə bitirib. Həmçinin, 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və Kredit” ixtisası üzrə aldığı təhsili də "fərqlənmə" ilə başa vurmuşdur.
2002-2004-cü illərdə "BUS" Bankında müxtəlif vəzifələrdə çalışmışdır.
2004-2012-ci illərdə “Rabitəbank” ASC-nın “Daxili Audit” bölməsində müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ildən isə “Daxili audit” departamentinin direktoru vəzifəsinə təyin edilmişdir.
2018-ci ildən hal-hazıradək “Rabitəbank” ASC-də Audit Komitəsinin Sədri vəzifəsində çalışır.
Email: Infoauditkomitesi@rabitabank.com
Tel: 012 5984488