Yaşıl dünya naminə həmrəylik ili- Ağacəkmə aksiyası
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Rabitəbank” ASC və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə 25 oktyabr 2024-cü il tarixində Bakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən ərazidə ağacəkmə aksiyası keçirilib.
Aksiya çərçivəsində ərazidə yüzlərlə şam və zeytun ağacları əkilib. Yeni əkilmiş ağaclar suvarılıb və gələcəkdə mühafizə edilməsi məqsədilə zəruri tədbirlər görülüb.
Aksiyanın keçirilməsində əsas məqsəd ağac əkməklə ekoloji davamlılığı dəstəkləmək, ətraf mühiti qorunmaq, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərdə yaxından iştirak etmək və ekoloji maarifləndirmə ilə gənc nəslin diqqətini yaşıl dünyanın qorunmasına yönəltmək olub.