Avtodayanacaqlarının ödəniş terminallarının yanında reklamların yerləşdirilməsi ilə bağlı tender
Salam hörmətli tender iştirakçıları,
Məlumat üçün bildirmək istəyirik ki, "Rabitəbank" ASC-i olaraq Mall`ların və Xəqani, Garaj Fontan avtodayanacaqlarının ödəniş terminallarının yanında reklamların yerləşdirilməsi ilə bağlı tender elan edirik. Əlavə suallarınız yaranarsa əlaqədar şəxsin elektron ünvanı Dadash E. Hasanli < [email protected] > 050 278-04-68) və ya telefonla müraciət edə bilərsiniz.
Təkliflərinizi imza və möhürlü şəkildə qapalı zərfə yerləşdirdikdən sonra zərfin üzərini möhürləmənizi, aidiyyatı tenderin adını qeyd etmənizi və 14.09.2021-ci il tarixi saat 13:00 kimi "Rabitəbank" ASC-nin İnfrastruktur və Satınalmalar Departamentinin Direktoru Rövşən Adıgözəlova adına Baş ofis, Bakı şəh., 28 May küç.33, AZ1010 ünvanına göndərmənizi xahiş edirəm.
Qeyd:
Qiymət vergi daxil göstərilməlidir (ƏDV və ya sadələşdirilmiş olmasından asılı olmayaraq)