1974-cü ildə AVIS Türkiyə ilk dəfə “Otokoc Otomotiv Tıc. ve San.A.S.” adı altında Koç Holdinqin törəmə şirkətlərindən biri kimi fəaliyyətə başlamışdır, Koç Holdinq uzun illər boyunca Türkiyənin ən böyük holdinqi kimi Fortune Qlobal 500-ün siyahısına düşmüşdür. Bu sektorda ilklərdən və pionerlərdən olduğu üçün Avis Türkiyə uzun illər boyunca satış, avtomobil parkı, idarə və müştəri məmnuniyyəti sahəsində sektorda liderlik etmişdir. Bu gün Otokoç Avis-i və büdcə brendlərini 6 müxtəlif ölkədə (Türkiyə, Azərbaycan, Qazaxıstan, Macarıstan, Gürcüstan və İran) təmsil edir, 40.000 nəqliyyat vasitəsi olmaqla donanma, 80 idarə və 300 işçi bu fəaliyyət çərçivəsinə daxildir. 15 aprel 1997-ci ildə AVIS Otokoc tərəfindən Otokoc Azərbaycan MMC adı altında Azərbaycan bazarına daxil olmuşdur, gəlişi ilə bərabər özünün təcrübəsini, mükəmməlliyini, korporativ idarəetmə prinsiplərini regiona gətirmişdir. Bu gün, uzun və qısa müddətli icarələrdə bazarın lideri olaraq 1000 ədəd nəqliyyat vasitəsilə Avis Azərbaycan Bakıda və regionda fəaliyyət göstərir. Avis Azərbaycan sizə istehsalçı zəmanəti, beynəlxalq sığorta şirkətinin zəmanəti ilə sığorta, səlahiyyətli texniki servis mərkəzlərində ödənişsiz texniki servis, istismarda olduğu müddətdə nəqliyyat vasitələrinin sərbəst daşınması xidməti ilə bərabər sizə yeni brend maşınlar təklif edir. Bu yolla 20 illik təcrübəsi çərçivəsində sizə təhlükəsizlik və məmnuniyyəti təqdim edir.

Avis
  • Rabita Mobile

    Rabita Mobile ilə banka getməyə ehtiyac yoxdur, bankınız hər zaman yanınızdadır!

    Daha ətraflı
    Rabita Mobile
  • RabitaBot

    Azərbaycanın ilk maliyyə çatbotu!

    Daha ətraflı
    RabitaBot
  • İnternet Bankçılıq

    Hesablarınızı idarə etmək rahatdır!

    Daha ətraflı
    İnternet Bankçılıq

Dostlarınızla paylaşın