A1 poster işıqlı çərçivələrin alışı ilə bağlı tender
Məlumat üçün bildirmək istəyirik ki, "Rabitəbank" ASC-i olaraq A1 poster işıqlı çərçivələrin alışı ilə bağlı tender elan edirik. Tenderin tələbləri, şərtləri və ətraflı məlumat barədə əlavə suallarınız yaranarsa əlaqədar şəxsin elektron ünvanı Dadaş Həsənli [email protected] və ya telefonla 050 278-04-68 müraciət edə bilərsiniz. Təkliflərinizi imza və möhürlü şəkildə qapalı zərfə yerləşdirdikdən sonra zərfin üzərini möhürləmənizi, aidiyyatı tenderin adını qeyd etmənizi və 19.08.2021-ci il tarixi saat 12:00 kimi "Rabitəbank" ASC-nin İnfrastruktur və Satınalmalar Departamentinin Direktoru Rövşən Adıgözəlova adına Baş ofis, Bakı şəh., 28 May küç.33, AZ1010 ünvanına göndərmənizi xahiş edirəm.
Şərtlər aşağıdakı kimidir:
- Say- 15 ədəd
- İncə LED qutu çərçivə 2 tərəfli RAL rəngində
- Ağır olmamalıdır
- Maqnit və şəffaf PVC qoruyucu qapaq
- Leed sheet formasında arxa işıqlandırma – 1800LUX
- Akril örtüyü çıxarmaq üçün gizli qıfıl
- CE/UL PAT testlərinə malik olmalı
- AB elektrik fişi
- Asmaq üçün metal tros olmalıdır
- Texniki nazaslıqlara dəstək üçün zəmanət verilməlidir
- Çərçivə ölçüsü 634x881 MM
- Poster ölçüsü 594x841mm