23 Avq. 2012

«Rabitəbank» ASC nizamnamə kapitalını artırıb

“Rabitəbank” ASC-nin  Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 30 may 2012-ci il tarixində AZ100200355P sayla dövlət qeydiyyatına alınmış adi, sənədsiz adlı səhmlərinin yerləşdirilməsi 07.08.2012-ci il tarixində müvəffəqiyyətlə başa çatmışdır.


Yerləşdirilmiş səhmlərin hər birinin nominal dəyəri 20,29 manat, sayı  134 100 ədəd, emissiyanın ümumi həcmi isə 2 720 889,0 manat təşkil etmişdir. Yerləşdirmə kütləvi təklif  üsulu ilə Bakı Fond Birjası (BFB) vasitəsi ilə keçirilmişdir. Yerləşdirmədən sonra bankın nizamnamə kapitalı 14,4% artaraq   21 605 928,24  manata çatmışdır və  balans kapitalı 25,5 milyon manat təşkil edir. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Chelsea Capital» MMC çıxış etmişdir.


Qeyd edək ki, «Rabitabank» ASC 1993-cü ildən fəaliyyət göstərir.  Hazırda bankın, ölkənin 14 regionunda təmsil olunmağla, 18 filialı, 2 şöbəsi və 1 nümayəndəliyi fəaliyyət göstərir.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili