POS Terminallar

 

 POS-terminalı nədir?

POS-terminal ticarət və xidmət müəssisələrində müştərilərin plastik kart vasitəsilə nağdsız ödənişlər aparması üçün istifadə edilir. Azərbaycanda son zamanlarda plastik kart bazaarında müşahidə olunan artım, plastik kart istifadəçilərinin sayının gündən-günə artması, nağdsız ödənişlərə və POS-terminallara ehtiyacı artırır.

 POS-terminalın ticarət və xidmət müəssisəsi üçün üstünlükləri

Nağdsız əməliyyatlar inkassator xidmətlərinə ehtiyacı azaldır

  • Nağdsız əməliyyatlar kassirlərin işini asanlaşdırır və səhv hesablaşmaların qarşısını alır
  • Nağdsız əməliyyatların aparılması daha rahatdır, ödəniləcək məbləğləri yuvarlaqlaşdırmağa ehtiyac qalmır və məbləğ dəqiq hesablanır
  • Qalıq məbləğin müştəriyə qaytarılması üçün iri əsginası kiçik əsginaslarla əvəz etməyə ehtiyac qalmır

 POS-terminalın quraşdırılması şərtləri: 

  • Rabitəbankda-da hüquqi və ya sahibkar fiziki şəxsin adına hesabın açılması
  • POS-terminalın quraşdırılması üçün sifariş ərizəsinin doldurulması
  • POS-terminal yerləşdiriləcək obyekt sahibinin Vergi Şəhadətnaməsi
  • POS-terminal yerləşdiriləcək obyektin vergi orqanlarında uçota alınması haqqında arayışın nüsxəsi
  • Əgər POS-terminal yerləşdiriləcək obyekt icarəyə götürülmüşdürsə icarə müqaviləsinin sürəti
  • Müəssisədə telefon xəttinin mövcud olması

 POS-terminalın istifadə tarifləri:

  1-ci tarif paketi

  • Müəssisənin Bankdakı hesabında sığorta depoziti yerləşdirir  (məbləğ - 300 manat)
  • POS-terminal ilə aparılan ödənişlərin həcminə görə müəssisədən tutulan aylıq komisyon haqq: 1% - Azərikard prosessinq mərkəzinə aid kartlarla əməliyyatlar üçün, 2% - digər kartlarla olan əməliyyatlar üçün.
  • Aylıq komisyon haqqının məbləği - 20 manat

  2-ci tarif paketi

  • Müəssisə POS-terminalı öz vəsaiti hesabına əldə edir
  • POS-terminal ilə aparılan ödənişlərin həcminə görə müəssisədən tutulan aylıq komisyon haqq: 1% - Azərikard prosessinq mərkəzinə aid kartlarla əməliyyatlar üçün, 2% - digər kartlarla olan əməliyyatlar üçün.
  • Aylıq komisyon haqqının məbləği - 10 manat

 

Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili