Biznes Kartlar
Biznes Kartlar (Korporativ Plastik Kartlar)
Biznes Kart müəssisə hesabına əməkdaşın ezamiyyət, təsərrüfat və nümayəndəlik xərclərinin ödənilməsi üçün istifadə olunaraq, xərclərin ödənilməsini, həmçinin mühasibatda uçot proseslərini optimallaşdıraraq asanlaşdırır. MasterCard Business korporativ kartları həm Azərbaycanın ərazisində, həm də xaricdə istifadə oluna bilər.
Korporativ kartlarla sahib olan müəssisənin əməkdaşı, Azərbaycanda, həmçinin 200-dək ölkə ərazisində kartın digər üstünlüklərindən də istifadə edə bilər.
- dünyanın 900 000-dək bankomat və bankları vasitəsilə kartda olan vəsaitin nağd pul şəklində çıxarılması
- Azərbaycanda və dünyanın 200-dək ölkəsində mağaza, otel, restoran, turizm və digər ticarət-xidmət məntəqələrində mal və göstərilən xidmətlər üçün nağdsız ödənişlərin aparılması (bu zaman kart sahibindən komissiya haqqı tutulmur)
- nağdsız ödənişlərin aparılması, nağd pulun digər valyutada (əsasən gəldiyiniz ölkədə tətbiq olunan valyuta) çıxarılması
- kart vasitəsi ilə mobil telefon operatorlarının və kommunal xidmətlərin haqqının ödənilməsi.
Plastik kartların yüksək müdafiə dərəcəsi olduğundan onların istifadəsi nağd pul istifadəsindən daha etibarlıdır. Kartların vacib üstünlüklərindən biri də xaricə gedərkən kartdakı vəsaitin bəyan etmək tələbinin olmamasıdır və beləliklə kartdakı pul vəsaiti sərhədi məhdudiyyətsiz keçir.
Dosta göndər
Məktub göndərilidi.
К сожалению произошла ошибка, попробуйте через несколько минут.
| Adınız | |
| Dostun emaili | |
| Göndər |





Fərdi müştərilərə



Rabitəbank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür