Əlaqə koordinatları

Baş Ofis: Azərbaycan,
Bakı şəh., AZ 1010,
28 May küç. 33
Tel.: (994 12) 598 44 88
Faks: (994 12) 497 11 01
Teleks: 142453 RSKBAI
rb@rabitabank.com
www.rabitabank.com

Bankın vizit kartı

Tam adı  "Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Qısa adı  Rabitəbank ASC
Təşkilati-hüquq forması  Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti
Qeydiyyat tarixi  30 iyun 1993

 

1993-cü ildə Rabitə Nazirliyinin nəzdində ixtisaslaşdırılmış bank kimi fəaliyyətə başlayan Rabitəbank, tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirmiş və universal banka çevrilmişdir. Hazırda Rabitəbankın müştəriləri ticarət, istehsalat, tikinti, kənd təssərüfatı, nəqliyyat, kommunikasiya və başqa sahələri təmsil edən müəssisələrdir. Eyni zamanda, bank fiziki şəxslərə də bütün növ maliyyə xidmətləri göstərir.

Fəaliyyət göstərdiyi 18 il ərzində Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 20 filialdan ibarət filial şəbəkəsini yaradaraq, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir və Ağcabədi daxil olmaqla ölkənin 14 regionunda təmsil olunmuşdur. Beynəlxalq maliyyə institutları ilə işgüzar əməkdaşlıq və ümumi sayı 30 minə çatan müştəriləri bankın gələcəkdə də uğurlu inkişafı üçün möhkəm bünövrə yaratmışdır.

 

Rabitəbankın Strateji Baxışı

Rabitəbankı əhali, kiçik və orta biznesə, Respublikanın bütün regional mərkəzlərindəki satış şəbəkəsi vasitəsiylə xidmət göstərən və bazarın birinci 10-luqda olan banka çevirməkdir

 

Rabitəbankın Missiyası

Rabitəbank müştərilərinin bank və məsləhət xidmətlərinə olan ehtiyacların tam ödəyən, onlara peşəkar və motivasiya olunmuş komandası ilə operativ və fərdi xidmət göstərən, investisiyalarının dəyərinin dinamik artımını təmin edən bankdır.

 

Rabitəbankın beynəlxalq tərəfdaşları:

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) www.ifc.org

Beynəlxalq Maliyyə Korporasiyası Dünya Bankı Qrupunun özəl bölməyə sərmayələr yatıran təşkilatlarından biridir. Rabitəbank-ın BMK ilə 1997-ci ildən başlayan əməkdaşlığı mikro, kiçik və orta biznesin kreditləşdirilməsi məqsədilə Banka uzunmüddətli kreditlərin ayrılmasına yönəlib. BMK həmçinin Bankın institusional təkmilləşməsinə yönəlmiş texniki dəstək göstərir.

Bankla BMK arasında 2007-ci ilin martında imzalanmış sonuncu razılaşmaya əsasən, Korporasiya Bankın aksiyalarını almaq hüququna malikdir.

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) www.ebrd.com

Rabitəbank Avropa Yenidənqurma və İnkişaf Bankı ilə 2006-cı ildən əməkdaşlıq edir. EBRD mikro, kiçik və orta sahibkarlığın, habelə ticarətin maliyyələşdirilməsi məqsədilə Banka kredit xətləri ayırmışdır. EBRD Banka kreditlərin anderaytinqi sahəsində texniki yardım göstərir.

İslam İnkişaf Korporasiyası (IDB) www.isdb.org

İslam İnkişaf Korporasiyası Azərbaycan da daxil olmaqla, İslam İnkişaf Konfransının 56 ölkəsi tərəfindən yaradılmış beynəlxalq maliyyə institutudur. Təşkilatın məqsədi üzv ölkələrin iqtisadi inkişafı və sosial tərəqqisidir. Rabitəbank IDB ilə kiçik və orta biznesin maliyyələşdirilməsi

WorldBusiness Capital Inc www.worldbusinesscapital.com

2008-ci ilin 1-ci rübündə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi məqsədilə Rabitəbank və ABŞ-ın WorldBusiness Capital Inc (WBC) investisiya fondu arasında 10 il müddətinə 5 milyon ABŞ dollarlıq kredit xəttinin açılmasına dair müqavilə imzalanmışdır. Kredit xətti xaricdəki ABŞ investisiyalarını sığortalayan Amerika Dövlət Agentliyi (OPIC) dəstəyi ilə ayrılmışdır. 2010-ci ili mart ayında WBC fondu ilə əlavə 5 mln ABŞ dollar məbləğində 10 il müddətinə kreditin alınmasına dair yeni mügavilə imzalanmışdır.

 

Rabitəbank üzv olduğu təşkilatlar:

  • Bakı Banklararası Valyuta Birjası
  • Azərbaycan Banklar Assosiasiyası
  • SWİFT - 1997-ci ildən prinsipial üzvdür
  • Europay International (Master Card) - 1998-ci ildən prinsipial üzvdür
  • Western Union -2002-ci ildən prinsipial üzvdür
  • VİSA Beynəlxalq ödəmə sistemi - 2007-ci ildən prinsipial üzvdür
  • Contact pul köçürmə sistemi - 2008-ci ildən prinsipial üzvdür
  • Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu
  • Əmanətlərin Sığortalanması Fondu
  • Dövlət İpoteka Fondu
  • ADFİMİ - İslam İnkişaf Bankına üzv dövlətlərdə Maliyyə İnstitutlarının İnkişafı Regional Assosiasiyası


Bank əməliyyatlarının həyata keçirilməsi üçün baş lisenziya

  • Bank əməliyyatlarının aparılması üçün lisenziya - 30 iyun 1993-cü il tarixində Azərbaycan Resrublikası Milli Bankı tərəfindən verilib
  • Broker fəaliyyətinin həyata keçirilməsi üçün 62 saylı lisenziya - 05 fevral 2004-ci il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 5 il müddətinə verilib

Bank Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 30 iyun 1993-cü il tarixində verilmiş 136 saylı qeydiyyat Şəhadətnaməsinə malikdir.

 

Bankın rekvizitləri

VÖEN:  900001061
Müxbir hesab:  0137010006944
Kod:  506399
SWIFT Bik:  RBTAAZ22
İdarə Heyəti Sədrinin müavini:  Ağayev Eldar Əhəd oğlu

 

Əlaqə koordinatları

Ünvan:  Baş Ofis: Azərbaycan, Bakı şəh., AZ 1010,
 28 May küç. 33
Telefon:  (994 12) 598 44 88
Faks:  (994 12) 497 11 01
Teleks:  142453 RSKBAI
E-mail:  rb@rabitabank.com
Web:  www.rabitabank.com

 

 

Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili